Topaz Premyer Liqasının XIII turunda “Sumqayıt” “Bakı” ilə üz-üzə gəldi. Oyun 1-1 hesabı ilə başa çatdı.
İdmanxeber.com-un məlumatına görə, “Sumqayıt”ın baş məşqçisi Aqil Məmmədov oyundan sonra bu fikirləri səsləndirib:
“İlk dəqiqədə qol buraxmağımız bizə pis təsir etdi. Amma ümumilikdə götürsək, “Bakı”dan üstün oynadıq. “Bakı”nın demək olar ki, şansı olmadı. Biz isə yaratdığımız imkanları dəyərləndirə bilmədik. Əgər bərabərlik qolunu bir qədər tez vura bilsəydik, davamı gələcəkdi”.