Ölkə futbolu

“Sumqayıt”ın baş məşqçisi: “Döyüşən komandaya qarşı oynadıq”

Topaz Premyer Liqasının 5-ci turunda səfərdə “Bakı” ilə qarşılaşan “Sumqayıt” ilk hissədə hesabda geri düşsə də, ikinci hissədə vurduğu qollarlar oyundan qalib ayrıldı – 2:1. Bu nəticədən sonra “gənclər şəhəri”nin təmsilçisi turnir cədvəlində yenidən ilk pilləyə yüksəldi.

İdmanxeber.com-un məumatına görə,  “Sumqayıt” klubunun baş məşqçisi

Aqil Məmmədov matçdan sonra bu fikirləri səsləndirib:

“Bilirdik ki, çox çətin olacaq. Döyüşən komandaya qarşı oynadıq. İlk hissədə komandamdan razı qalmadım. İkinci hissədə isə toparlandıq və lazımi nəticəni əldə etdik. Bu oyunda azarkeşlərin də dəstəyini hiss elədik. Oyunun gedişində zədə alan Slavik Alxasovun vəziyyəti ciddi deyil. Yaxın günlərdə komandaya qoşulacaq”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43