22 Oktyabr 2024
Kateqoriyasız

“Sumqayıt”ın legioneri milliyə çağırıldı

“Sumqayıt”ın futbolçusu Tresor Mossi Burundi millisinə dəvət olunub.

İdmanxeber.az xəbər verir ki, bu barədə klubun məbuat xidməti məlumat yayıb. 23 yaşlı yarımmüdafiəçi yığmanın Afrika Millətlər Kubokunun təsnifat mərhələsində keçirəcyi matçlar üçün yığmaya dəvət alıb

Komanda 10 və 13 oktyabr tarixlərində Burkina Faso ilə qarşılaşacaq.

Qeyd edək ki, Mossi ötən ilin yayından “Sumqayıt”da oynayır.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43