Ölkə futbolu

“Sumqayıt”ın oyunu ləğv olundu

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan “Sumqayıt”ın bu gün Bosniya v Herseqovina “Çelik”i nəzərdə tutulan yoxlama oyunu ləğv olunub.

İdmanxeber.az-ın klubun rəsmi saytına istinadən yaydığı xəbərə görə, buna rəqib komandanın son anda meydana çıxmaqdan imtina etməsi səbəb olub.

Qeyd edək ki,  “Sumqayıt” ilk sınaq matçında  Qazaxıstan təmsilçisi “Jetısu” ilə heç-heçə edib – 1:1. “Kimyaçılar” yanvarın 22-də Makedoniyanın “Vardar”, 26-da isə Serbiyanın “Zemun” klubları ilə qarşılaşacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43