Azərbaycan Premyer Liqasının XXII turunun “Neftçi” – “Sumqayıt” matçının protokolunda dəyişiklik edilib.
İdmanxeber.com-un PFL-in saytına istinadən yaydığı məlumata görə, avtoqol “Sumqayıt”ın üzvü Azər Salahlının passivindən silinib.
63-cü dəqiqədə vurulan qolun müəllifi kimi Namiq Ələsgərov qeyd olunub. Dəyişiklik oyunun baş hakimi Əliyar Ağayevin raportuna əsasən həyata keçirilib.
Xatırladaq ki, qarşılaşma 2:2 hesablı bərabərliklə başa çatıb.