27 Sentyabr 2024
Ölkə futbolu

“Sumqayıt”ın qaz problemi – rəhbərlik deyir “bizlik deyil”

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunun qazı borc səbəbiylə kəsilib.

İdmanxeber.az-ın məlumatına görə, 100 min manata yaxın borcun kim tərəfindən ödəniləcəyi bəlli deyil. AFFA İntizam Komitəsi borcun ödənmədiyinə görə klubu hər oyun 500 manat cərimə edir.

Hazırkı vəziyyət sosial şəbəkələrdə də geniş müzakirə mövzusudur. Azarkeşlər mövcud rəhbərliyi bu idarəediciliklə klubu biabır etdiyini bildirir. “Sumqayıt” rəhbərliyi isə borcun özlərinin yox, stadionun olduğunu bildirir.

Xatırladaq ki, Belarusun “Dinamo” klubu Ukrayna müharibəsinə görə ev oyunlarını məhz bu stadionda keçirəcək. Bu vaxta qədər məsələnin həllini tapıb-tapmayacağı sual altındadır.
 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43