Kateqoriyasız

“Sumqayıt”ın qış planı – onlar da Türkiyəyə gedir

“Sumqayıt”ın qış təlim-məşq toplanışı planı məlum olub.

Idmanxeber.az kluba istinadən xəbər verir ki, “kimyaçılar” mövsümün ikinci yarısının hazırlığını Türkiyənin Antalya şəhərində keçirəcək.

2023-cü il yanvarın 5-dən 18-dək Lara bölgəsində məskunlaşacaq “Sumqayıt” bu müddətdə 2 yoxlama oyununda qüvvəsini sınayacaq. Baş məşqçi Samir Abasov yetirmələrini yanvarın 12-də və 17-dəki matçlarda sınayacaq. Amma rəqiblərin kimliyi hələ məlum deyil.

Premyer Liqanın ilk 16 turunda 9 xal toplayan “Sumqayıt” turnir cədvəlinin sonuncu – 10-cu pilləsində qərarlaşıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43