Kateqoriyasız

“Sumqayıt”ın yeni baş məşqçisi məlum oldu

“Sumqayıt” klubunun yeni baş məşqçisi məlum olub.

İdmanxeber.az xəbər verir ki, Premyer Liqa təmsilçisinin “sükan”ı Aleksey Baqaya tapşırılıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 40 yaşlı mütəxəssislə 2,5 illik müqavilə imzalanıb.

Aleksey Baqa futbolçu karyerası dönəmində “BATE” (Borisov, Belarus), “Dauqava” (Dauqavpils, Latviya) və “Dinamo” (Brest, Belarus) klublarının şərəfini qoruyub. “BATE” ilə 2 dəfə Belarus çempionu (2002; 2006), 1 dəfə isə kubokun qalibi olan (2005/06).

Baqa məşqçi karyerasına da məhz Borisov təmsilçisində start verib. Belə ki, 2011-2018-ci illərdə adıçəkilən klubda köməkçi məşqçi vəzifəsində çalışan 40 yaşlı mütəxəssis 2018-ci ildə baş məşqçi kimi komandanın sükanı arxasına keçib və həmin ildəcə komandanı Belarus çempionu edib. Növbəti mövsümdə UEFA Avropa Liqasında 1/16 final mərhələsinə kimi irəliləyən “BATE” həmin mərhələdə İngiltərə “Arsenal”ına məğlub olaraq, mübarizəni dayandırıb.

Bundan başqa, Aleksey Baqa məşqçi karyerasında “Jalgiris” ilə 2020-ci ildə Litva çempionu olub. Qazaxıstanın “Aktobe” (Qazaxıstan) klubunu da çalışdırmış mütəxəssis 2021-ci ildə isə “Şaxtyor” (Soliqorsk) ilə Belarus çempionu adını qazanıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43