14 Yanvar 2025
Dünya futbolu

Super Liqa klubu Aleksi göndərdi

Türkiyə Super Liqası təmsilçisi “Antalyaspor” baş məşqçi ilə yollarını ayırıb.

İdmanxeber.az-ın məlumatına görə, Antalya klubu Aleks de Souzanı istefaya göndərib. Braziliyalı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Aleks de Souza mövsümün əvvəlində “Antalyaspor”un baş məşqçisi təyin olunmuşdu.

Komanda 19 turdan sonra 21 xal toplayıb və turnir cədvəlinin 13-cü pilləsində qərarlaşıb.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43