23 Sentyabr 2024
Dünya futbolu

Super Liqa klubu baş məşqçini göndərdi

Türkiyə Super Liqa klubu “Adana Demirspor” baş məşqçisi Maykl Valkanislə yollar ayrılıb.

İdmanxeber.az xəbər verir ki, bu barədə klub saytı məlumat paylaşıb. Adana təmsilçisi uğursuz gedişatın ardından bu addımı atıb. Açıqlamada məşqçiyə gələcək karyerasında uğurlar arzu edilib.

Xatırladaq ki, Valkanis rəhbərliyində “Adana Demirspor” 6 oyunda 5 məğlubiyyət və 1 heç-heçə ilə sonuncu sıradadır.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43