“Dinamo”nun (Zaqreb) futbolçusu Mahir Emreli yenidən Türkiyə Super Liqasında çıxış edə bilər.
İdmanxeber.az “Fotomac”a istinadən xəbər verir ki, “Adana Demirspor” 26 yaşlı hücumçu ilə maraqlanır.
Mahir Emreli ötən mövsüm icarə əsasında Türkiyədə “Konyaspor”un formasını geyinib. Forvard 12 oyunda 2 qolla yadda qalıb. Oyunçunun Zaqreb təmsilçisi ilə müqavilə müddəti 2026-cı ilin yayına qədərdir.