03 Fevral 2025
Dünya futbolu

Super Liqa klubu Volkan Demirellə yolları ayırdı

Türkiyə Super Liqası klubu “Bodrum” baş məşqçi Voldan Demirellə yolları ayırıb.

İdmanxeber.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Bildirilir ki, rəhbərlik uğursuz gedişata görə bu qərarı verib.

Bodrum klubu son 4 çempionat görüşündə 1 heç-heçə edib, 3 dəfə məğlub olub.

Komanda hazırda 16 xalla 17-ci sıradadı.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43