“Alanyaspor”un baş məşqçisi Fatih Tekke istefa verib.
İdmanxeber.az-ın məlumatına görə, o, Super Liqanın 11-ci turu çərçivəsində keçirilən “Bodrumspor” görüşündən (0:0) sonra bu qərarı verib. Alanya təmsilçisi hazırda Superliqada 10 xalla 15-ci pillədədir.
Fatih Tekke bu ilin yayından “Alanyaspor”u çalışdırırdı.