UEFA prezidenti Super Liqanın yaradıcılarını “Qırmızı papaq” nağılının qəhrəmanı ilə müqayisə edib.
İdmanxeber.az-ın məlumatına görə, qrum rəhbəri bu layihənin yaradıcılarını ələ salıb. O, onların tamahkar adlandırıb:
“Futbolu xilas etmək istədiklərini deyirlər, amma həqiqət budur ki, Super Liqanın yaradıcıları nənəni yeməyə hazır olan “Qırmızı papaq” nağılının canavarlarıdır. Bu, həmrəylikdən üstün olan eqoizmin, tamahkarlığın təzahürüdür.
Onlar kuboklar üçün deyil, maddi qazanc üçün mübarizə aparırlar. Əgər futbolda varlı ilə kasıb arasındakı uçurum genişlənməyə davam edərsə, bu idman növü cəmiyyətdən uzaqlaşa bilər”.