Dünya futbolu

Super Liqaya pley-off sistemi gətirlir? – TFF-dən açıqlama

Türkiyə Futbol Fedrasiyası prezidenti Mehmet Böyükekşi çempionata pley-off sisteminin gətirlməsi ilə bağlı çıxan iddialara aydınlıq gətirib.

İdmanxeber.az-ın məlumatına görə, qrum rəhbəri bu barədə çıxan xəbərləri əsassız adlandırıb. O, belə bir sistemin tətbiqinin mümkünsüz olduğunu bildirib:

“Bu, doğru bir şey deyil. Oyun davam edərkən qayda dəyişilməz. Matçın 70-ci dəqiqəsində görüşü saxlayıb yeni bir qayda qoya bilərik? Bu da onun kimi. Gündəmimizdə belə bir şey yoxdur”.

Xatırladaq ki, daha öncə “Beşiktaş”ın prezidenti Ahmet Nur Çebi və “Fənərbağça”nın baş məşqçisi Jesus liqada pley-off sisteminin tətbiq edilməsinin istəmişdi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43