17 Sentyabr 2024
Kateqoriyasız

Superkubok: Bilet satışı və Naxçıvana gedəcək hər iki klubun azarkeşləri üçün vacib xəbər

Sabah “Xəzər Lənkəran” və “Neftçi” arasında Naxçıvanda keçiriləcək Superkubok matçına bilet satışı davam edir.

İbrahimxəlil Axundlu adına Naxçıvan şəhər stadionunda keçiriləcək prinsipial matç üçün satışa çıxarılan 12 mindən çox biletin artıq 7 mini satılıb. 

Bu barədə idmanxeber.com saytına açıqlamasında stdaionun direktoru İbrahim Rzayev məlumat verib. Stadionun direktoru bildirib ki, “Xəzər Lənkəran” azarkeşlərinə 12-ci, “Neftçi” fanatlarına isə 5 və 6-cı sektorlar verilib.

“Bu günə olan bilet satışı sürətlə gedir. Artıq 7 min bilet satılıb. Satışa çıxarılan biletlərin hamısı öz sahibini tapacaq. Çünki Naxçıvanda bu oyuna xeyli maraq var. Bəzi təşkilatlıar 100, 150 bilet bizdən istəyir. Ona görə tam əniliklə deyə bilərəm ki, bu oyunda stadion tam dolacaq”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43