Ölkə futbolu

Superkubok matçının keçiriləcəyi stadionun direktoru idmanxeber.com-a danışdı – AÇIQLAMA

"Naxçıvan Superkubok matçını səbirsiliklə gözləyir. Stadionun ot örtüyü də əla vəziyyətdədir. Oyuna bir gün qalmış zolaqlar yenidən ağardılacaq. Qısacası hər kəs bu oyunu gözləyir".

Bu sözləri idmanxeber.com saytına açıqlamasında İbrahimxəlil Axundlu adına Naxçıvan şəhər stadionunun rəhbəri İbrahim Rzayev deyib.

Stadionun direktoru bilet satışı haqda heç bir informasiyaya malik olmadığını bildirib:

"Bizə bilet satışı haqda heç bir məlumat vermirlər. Ancaq deyə bilərəm ki, satışa çıxarıldığıdan bu yana bilet satışı normal davam edir. Bizim azarkeşlər oyuna 3-4 saat qalmış bilet alırlar. Bircə onu bilirəm ki, stadion tam dolu olacaq".


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43