Ölkə Superkuboku üçün nəzərdə tutlan biletlər satışa çıxarılıb.
Naxçıvanda “Xəzər Lənkəran” və “Neftçi” klubları arasında baş tutacaq oyun üçün 11 min bilet satışa çıxarılıb. Artıq bu biletlər hazırlanaraq, Naxçıvana göpndərilib. Bu barədə idmanxeber.com-a PFL-in Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentindən məlumat verilib.
Xatırladaq ki, Naxçıvan şəhər stadionunda keçiriləcək “Xəzər Lənkəran” – “Neftçi” matçı saat 15:00-da başlanacaq.