19 Sentyabr 2024
Dünya futbolu

Super Liqa klubu “Atletiko”nun futbolçusunu transfer edir

“Atletiko”nun (Madrid) futbolçusu Stefan Saviç karyerasını Türkiyəda davam etdirə bilər.

İdmanxeber.az-ın məlumatına görə, monteneqrolu müdafiəçi “Trabzonspor”dan təklif alıb. Tərəflər arasında bir müddətdi davam edən danışıqlar müsbət yekunlaşıb.

Saviç Super Liqa klubu ilə 2027-ci ilin ortalarına qədər olan müqavilə imzalayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43