29 Sentyabr 2024
Ölkə futbolu

Superliqa klubu Şahruddini razı salmağa çalışır – Qeyri-müəyyənlik davam edir!

Millimizin qapıçısı Şahruddin Məhəmmədəliyev  “Adana Demirspor”da qala bilər.

İdmanxeber.az-a verilən məlumata görə, rəhbərlik təcrübəli qolkiperi buraxmaq niyyətində deyil. Türkiyə mətbuatında daha öncə Adana klubunun oyunçu ilə yollarını ayırdığı bildirilsə də, yazılanlar doğru deyil.

Belə ki, klub Şahruddini komandada qalması üçün razı salmağa çalışır. Onlar Məhəmmədəliyevin performansından razıdır. 

Başqa klublardan da təklifləri olan qolkiper hazırda gələcəyi ilə bağlı qərarını verməyib. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43