FIFA referisi Əliyar Ağayev Yunanıstan Super Liqasının pley-off oyununa təyinat alıb.
İdmanxeber.az xəbər verir ki, Yunanıstan Futbol Federasiyasının dəvətinə əsasən, Ağayev iyunun 11-də Super Liqada qalmaq uğrunda keçiriləcək “Veriya” – “Lamiya” ilk final qarşılaşmasının baş hakimi olacaq. Ona Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcək.