18 Yanvar 2022
Ölkə futbolu

SUPERTRANSFER!: “Barselona”nın sabiq futbolçusu “Xəzər Lənkəran”a gəlir

Transfer çalışmalarını davam etdirən "Xəzər Lənkəran" supertransfer həyata keçirir.

İdmanxeber.com-un məlumatına görə, Cənub təmsilçisi "Barselona"nın sabiq futbolçusu Edu Orial Qarsianı heyətinə qatır. Adrian Piti transferə çıxaran Lənkəran klubunun sözügedən futbolçunu həmin mövqeyə gətirəcəyi deyilir. Transferin yaxın günlərdə rəsmiləşəcəyi gözlənilir. 

Qeyd edək ki, peşəkar karyerasına "Pobla Mafumet"də başlayan futbolçu, daha sonra "Sant Andreu", "Barselona B" kimi klublarda forma geyinib. 2011-ci ildə  "Real Saraqoza"ya transfer olunan Qarsia burada indiyənə qədər 39 oyun keçirib və 2 qol vurub.

 

 

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

Miloş Radivoyeviç: “Hər şey bizim üçün yaxşı gedirdi”

admin

Tuyqun Nadirovdan Superkubokla bağlı AÇIQLAMA

admin

“Sumqayıt”ın 2016/17 mövsümdə vurduğu qollar – VİDEO

admin