Çempionlar Liqasının II təsnifat mərhələsi çərçivəsində təmsilçimiz “Qarabağ” səfərdə “Sürix”lə qarşılaşacaq.
İdmanxeber.az-ın məlumatına görə, Ağdam klubunun 2 futbolçusu – Riçard Almeyda və Kadi Borges bu matçda maksimum dərəcədə diqqətli olmalıdı. Hər iki futbolçu İsveçrədəki matçda sarı vərəqə alsa cəzalı duruma düşəcək və növbəti oyunu buraxacaq.
Qeyd edək ki, “Sürix” və “Qarabağ” arasında cavab görüşü iyulun 27-də İsveçrədə keçiriləcək.