Kateqoriyasız

“Sürix” – “Qarabağ” oyunu hansı kanallarda?

Çempionlar Liqasının II təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Sürix” – “Qarabağ” oyunu canlı yayımlanacaq.

İdmanxeber.az-ın məlumatına görə, İsveçrədə keçiriləcək qarşılaşmanı ölkəmizdə “CBC Sport”, İsveçrədə isə “RTS Sport” kanalları canlı yayımlayacaq.

Bundan başqa, Macarıstanın “Sportklub”, Meksikanın “Sky Mexico” və İrlandiyanın “Setanta” kanalları bu görüşü mavi ekranlara daşıyacaq.

Qeyd edək ki, bu gün oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43