“Həm hücumda, həm də müdafiədə daha yaxşı olmalıyıq”.
İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Sürix”in baş məşqçisi Franko Foda Bakıda “Qarabağ”a 2:3 hesabı ilə uduzduqları oyunu barədə klubun rəsmi saytına açıqlamasında deyib.
56 yaşlı mütəxəssis “Nəticə qazanmaq vaxtıdır. Ardıcıl 2 səfər matçından sonra yeni mövsümdəki ilk ev oyunumuzu səbirsizliklə gözləyirik” – deyə, əlavə edib.
Qeyd edək ki, “Sürix” və “Qarabağ” arasında cavab görüşü iyulun 27-də İsveçrədə keçiriləcək. Sürix təmsilçisi bu matçdan öncə ölkə çempionatının II turunda “Lütsern”i qəbul edəcək.