Çempionlar Liqasında mubarizəni davam etdirən “Qarabağ” “Sürix”lə Bakıdakı oyunda Qara Qarayevin xidmətindən yararlana bilməyəcək.
İdmanxeber.az-ın mumatına görə, “Lex”lə cavab oyunundan əvvəl məşq zamanı zədələnən Qara Qarayev hələ də komandaya qoşulmayıb.
Hazırda fərdi məşq edən 30 yaşlı yarımmüdafiəçinin cavab oyununda oynamaq ehtimalı var.
Qeyd edək ki, “Qarabağ” “Sürix”lə ilk matçı iyulun 19-u Bakıda keçirəcək. Bu komandalar arasında cavab görüşü bir həftə sonra İsveçrədə baş tutacaq.