Dünya futbolu

Şürlenin növbəti dayanacağı

Almaniya millisinin və “Volfsburq” klubunun üzvü Andre Şürle komandasını yenidən dəyişə bilər.

İdmanxeber.com-un məlumatına görə, 26 yaşlı futbolçu digər Bundesliqa təmsilçisi olan “Borussiya Dortmund”a imza atmağa çox yaxındır.

Belə ki, “Volfsburq”un idman direktoru Klaus Allofs Dortmund təmsilçisinin futbolçu ilə maraqlandığını təsdiqləyib. Hücumçusu Henrix Mkitaryanı “Mançester Yunayted”ə göndərəcəyi təqdirdə “sarı qaralar” Şürleni heyətinə qatacaq.


mənbə: goal.com\en


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43