08 Dekabr 2022
İdman

Şuşadakı ilk beynəlxalq turnirin iştirakçıları açıqlandı

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Şahmat Federasiyası və Şuşa Şəhəri Dövlət Qoruğunun birgə təşkilatçılığı ilə Azərbaycanın mədəniyyət paytaxtı Şuşada keçiriləcək ilk beynəlxalq şahmat turnirinin iştirakçıları təsdiqlənib.

İdmanxeber.az xəbər verir ki, şairə və xeyriyyəçi Xurşidbanu Natəvanın 190 illik yubileyinə həsr olunan “Shusha Chess 2022” beynəlxalq şahmat turniri iki kateqoriyada – kişilər və qadınlar arasında keçiriləcək. Hər kateqoriya üzrə 10 şahmatçı rapid və blits üzrə mübarizə aparacaq.

Kişi şahmatçıların yarışında Azərbaycan milli komandasının üzvləri, üçqat Avropa çempionları Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Qədir Hüseynov, Rauf Məmmədov və 18 yaşa qədər şahmatçılar arasında Avropa çempionu Vasif Durarbəyli o cümlədən Asiya çempionu Hao Vanq (Çin), 20 yaşa qədər şahmatçılar arasında dünya çempionu Santoş Gujrathi Vidit (Hindistan), gənclər arasında dünya çempionatının qalibi Parham Maqsudlu (İran), FİDE dünya çempionu Rüstəm Kasımcanov (Özbəkistan) və Türkiyə çempionu, 2021-ci ildə Türkiyənin ən yaxşı şahmatçısı seçilən Mustafa Yılmaz iştirak edəcək.

Qadınların yarışında milli komandamızın üzvləri, Avropa çempionatının mükafatçıları Günay Məmməzadə, Ülviyyə Fətəliyeva, Gülnar Məmmədova, Xanım Balacayeva, Gövhər Beydullayeva eyni zamanda Ümumdünya Şahmat Olimpiadasının qalibi, Avropa çempionu Nana Dzaqnidze (Gürcüstan), yeniyetmələr arasında dünya və Avropa çempionu, ölkəsinin ən reytinqli qadın şahmatçısı Marsel Efroimski (İsrail), 18 yaşlılar arasında dünya çempionu Jolanta Zavadzka (Polşa), yeniyetmələr arasında dünya və Avropa çempionu Nurgül Səlimova (Bolqarıstan), Türkiyə çempionu Kübra Öztürk Güvənli (Türkiyə) mübarizə aparacaq.

“Shusha Chess 2022” beynəlxalq şahmat turniri 21-24 sentyabr tarixlərində keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Related posts

“Qarabağ Azərbaycandır!”: İki komanda yarımfinalda!

admin

Boksçumuz erməniyə rəqib oldu

admin

“Bakı-2015”: Boksçularımız bütün görüşləri qələbə ilə tamamladı – (YENİLƏNİB)

admin