Ölkə futbolu

Şüvəlandakı qalmaqallı oyunun “premya”sı məlum oldu – ÖZƏL

Premyer Liqanın XVIII turu çərçivəsində AZAL öz meydanında “Neftçi”ni məğlub edib – 2:1.

İdmanxeber.com-un etibarlı mənbədən əldə etdiyi məlumata görə, AZAL rəhbərliyi də bu əzmkar qələbəyə görə futbolçulara borclu qalmaq istəməyib. Belə ki, “təyyarəçilər”in əsas heyətdəki hər bir üzvü sözügedən qələbəyə görə 2000 manat “premya” alıblar. Start heyətində meydana çıxmayan oyunçulara isə 1000 AZN dəyərində pul mükafatı düşüb.

Daha doğrusu bu mükafat qarşıdakı günlərdə komanda üzvlərinə paylanacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43