Ölkə futbolu

Sxadadze barmaq silkələdi, fransız sarğını ona tərəf atdı – FOTO

Premyer Liqanın 34-cü turunun “Qarabağ” – “İnter” matçının gedişində maraqlı hadisə baş verib.

İdmanxeber.com-un məlumatına görə, qarşılaşmanın ikinci hissəsində Brüs Abdullaye Kaxabar Sxadadzenin qəzəbinə tuş gəlib. “Bankirlər”in üzvü baş məşqçini oyunu ilə əsəbləşdirib. Nəticədə gürcüstanlı mütəxəssis ilk olaraq futbolçuya barmaq silkələyib. Biraz keçdikdən sonra isə Brüs əvəzlənib.

Fransalı futbolçu Sxadadzenin bu əvəzləməsinə etiraz əlaməti olaraq əlindəki sarğını çıxardaraq ona tərəf atıb və birbaşa paltardəyişmə otağına yollanıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43