23 Oktyabr 2024
Kateqoriyasız

Sxadadze: “Bu cür qələbədən sonra oyunumuzu analiz edə bilməyəcəm”

“Hamının bayramını təbrik edirəm, can sağlığı, xoşbəxtlik arzu edirəm. Bu cür qələbədən sonra oyunumuzu analiz edə bilməyəcəm. Daha çox emosiyalar üstündür. Futbolçularımı gözəl oyuna görə təbrik edirəm, çox qol vurduq. Bu oyunu tezliklə unudub qarşıdakı son mərhələyə hazırlaşmalıyıq”. 

İdmanxeber.com-un məlumatına görə, bu sözləri “İnter”in  baş məşqçisi Kaxaber Sxadadze deyib.

“Bankirlər”in çalışdırıcısı daha sonra sözlərinə blə davam edib:

“Turnir cədvəlində hansı mövqedə olacağımız qarşıdakı oyunlarda bilinəcək. Sabit komanda həmişə məqsədinə çatır. Biz də bu cür oyunla avrokuboklara düşməyə çalışmalıyıq. Rəqib “Neftçi” və “Qarabağ”a qarşı müxtəlif sistemlərlə oynamışdı. Biz də bunu nəzərə alıb oyunumuzu qurduq”. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43