20 Fevral 2025
Kateqoriyasız

Sxadadze İsveçdən azərkeşlərə səsləndi

Avroliqanın ikinci təsnifat mərhələsində səfərdə “Elfsborq”u 1:0 hesabı ilə məğlub edən “bankirlər”in baş məşqçisi Kaxaber Sxadadze oyundan sonrakı mətbuat konfransında qələbələrində əsəs payın azərkeşlərə düşdüyünü bildirib.

İdmanxeber.com-un məlumatına görə, təcrübəli mütəxəssis sözügedən oyun haqda bu sözləri deyib:

“Komandamız çoxsaylı qol imkanları yaratsa da, cəmi birindən istifadə edə bildi. Futbolçuları qınamaq fikrim yoxdu. Belə imkanlar əldə etdikdə psixoloji cəhətdən rəqib qapısının torunu silkələməyə hazır olmalısan”.

Sxadadze azərkeşlərə də səslənib:

“Tiraspol”la Bakıdakı görüşdə onlar bizi tək buraxmadı. Hətta yenik duruma düşdükdə də, dəstək oldular. Həmin qələbədə onların da payı var. Bu gün də fanatlarımız yanımızda oldular. Ancaq Bakıda baş tutacaq təkrar qarşılaşmada da onların dəstəyinə ehtiyacımız var. Azarkeşləri bu görüşə dəvət edirəm”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43