Kateqoriyasız

Sxadadze təsdiqlədi: “Madriqal bizimlədi!”

“İnter” hazırda Türkiyədə  təlim-məşq toplanışı keçirir.

Bu gün paytaxt klubu axşam saatlarında məşq etdi. Məşqdən sonra Kaxaber Sxadadze klubun rəsmi saytına açıqlama verdi ki, komanda sabah növbəti yoxlama matçına çıxacaq. “İnter”in qarşılaşacağı rəqibin adı hələlik məlum deyil. Baş məşqçi komandaya yeni futbolçu transfer olunduğunu da açıqladı. Kosta-Rikadan olan Diyeqo Madriqal ilə ikiillik müqavilə imzalandığını bildirən K.Sxadadze yeni hucumçunun artıq komandayla məşq etdiyini də vurğuladı.

Əlavə edək ki, yoxlama matçı Bakı vaxtıyla saat 18.00-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43