Bakı “İnter”inin (indiki “Keşlə”) sabiq baş məşqçisi Kaxaber Sxadadze Qazaxıstanın “Ordabası” klubu ilə müqaviləni yeniləyib. O, daha bir il bu klubun başında olacaq.
Ötən ilin iyun ayından “Ordabası”nı çalışdıran Kaxaber Sxadadze ölkə çempionatında 4-cü pilləni tutmaqla, komandasına Avropa Liqasının təsnifat mərhələsinə vəsiqə qazandırıb.
Sxadadze 2009-2014-cü illərdə “İnter”in baş məşqçisi olub. O, ölkəmizdə “Standard” klubunu da çalışdırıb.