Avropa Liqasının ikinci təsnifta mərhələsi çərçivəsində İsveç "Elfsborq"unu qonaq edəcək "İnter" bu matça hazırlıqlarını davam etdirir.
İdmanxeber.com-a klubun mətbuat xidmnətindən verilən məlumata görə, komanda dünəndən məşqlərə başlayıb. Gündə iki dəfə məşq etməklə cavab matçına hazırlaşan "bankirlər"də Elvin Məmmədovdan başqa zədəli futbolçu yoxdu. Məmmədov "Elfsborq"la cavab görüşündə də meydanda olmayacaq.
"Elfsborq" isə sabah Azərbaycana gələcək. "Kempinski" otelində məskunşalacaq "sarılar" oyun öncəsi məşqə iyulun 23-də, saat 21:00-da çıxacaqlar.
Qeyd edək ki, "İnter" – "Elfsborq" matçı iyulun 24-də, saat 21:00-da başlayacaq.