“Sumqayıt”la oyun təxirə salınmışdı. Biz bu görüşə çox ciddi hazırlaşırdıq. “Qəbələ”nin liderliyə yüksəlmək şansı vardı. Futbolçularımız da bundan istifadə etdi”.
Bu sözləri “Qəbələ”nin baş məşqçisi Yuri Syomin Rusiyanın “Sport-ekspress” qəzetinə açıqlamasında deyib.
“Qəbələ” “Sumqayıt” üzərindəki qələbədən sonra Topaz Premyer Liqada birinci pilləyə yüksəlib.
Y.Syomin yeni transferləri Marat İzmaylovun növbəti oyuna hazırlaşdığını da bildirib.
Qeyd edək ki, 20-ci turda “Qəbələ” öz meydanında “Qarabağ”ı qəbul edəcək.