27 Dekabr 2024
Ölkə futbolu

Syomin: “Komanda pis oyun göstərmədi”

Azərbaycan kubokunun 1/4 final mərhələsinin ilk oyunları çərçivəsində “Qəbələ” doğma meydanda “Qarabağ”la qarşılaşıb. Qarşılıqlı hücumlar şəraitində keçən oyun qolsuz heç-heçə ilə başa çatıb – 0:0.

Yuri Syomin, “Qəbələ” klubunun baş məşqçisi: “Azərbaycan futbolunun iki liderinə qarşı ardıcıl oyunlar keçirmək həm fiziki, həm də psixoloji cəhətdən çətindir. Kubokda hər mərhələ iki oyundan ibarət olduğu üçün nəticəni pis saymıram. 3 gündən bir oynasaq da, komanda pis oyun göstərmədi”.(PFL)

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43