"Qəbələ"nin baş məşqçisi Yuri Syomin Premyer Liqanın 29-cu turunda "Xəzər Lənkəran"a 0:1 hesabı ilə məğlub olduqları oyundan sonra fikirlərini bildirib.
İdmanxeber.com-un PFL-in saytına istinadən verdiyi məlumata görə, təcrübəli mütəxəssis qarşılaşmanın ağır keçdiyini bildirib:
“Ağır oyun oldu. Oyun ərzində bir səhv buraxdıq, onda da qapımızda qol gördük. Futbolçular çox hirslidir. Üst-üstə məğlubiyyətlər alırıq”.