Premyer Liqa

Syomin “Xəzər Lənkəran” üzərindəki qələbəni şərh etdi

“Qəbələ”nin baş məşqçisi Yuri Syomin deyib “Xəzər Lənkəran” üzərindəki qələbəni şərh edib.

Rusiyalı mütəxəssis iki cavabsız qolla qalib gəldikləri oyun haqda bunları deyib:

“Oyuin maraqlı və gərgin keçdi. İlk dəfədir ki, biz hansısa oyunda qapımızdan qol buraxmırıq. Bu gün müdafiə xətti yaxşı oynadı. Hücumda isə həmişəki kimi yaxşı oynadıq. Komandamdan razıyam və qalib gəldik. Amit Quluzadə hücumun ləngiməsini dırnaqarası təmin edir. Amitin təcrübəsi var. Gələcəkdə daha da yaxşı olacaq.”


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43