Ölkə futbolu

“Syominlə “Qəbələ”də işləmək barədə danışmamışam”

Rusiyanın “Krasnodar” klubunun məşqçilər korpusunu tərk edən Sergey Qurenko komandadan getməsi haqda danışıb.

“İtar Tass”a açıqlama verən Qurenko “Qəbələ”nin baş məşqçisi Yuri Syominlə çalışmaq ehtimalına şərh verməyib:

“Mən komandaya Slavolyub Muslinlə birgə gəlmişdim və elə onunla da gedirəm. Komandada qalmağı lazım bilmədim. Bununla belə, “Krasnodar” kimi klubda işlədiyim üçün çox şadam. Əgər hansısa təklif olarsa, bunu dəyərləndirəcəyəm. Yuri Syominlə “Qəbələ”də işləmək barədə danışmamışam”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43