Kateqoriyasız

“Təkliflər olur, amma “Qarabağ”da xoşbəxtəm”

“Qarabağ”ın müdafiəçisi Bədavi Hüseynov ona xarici klublardan təkliflər gəldiyini deyib.

Millimizin futbolçusu “Molodyoj Daqestana” qəzetinə verdiyi müsahibədə bununla bağlı sualı da cavablandırıb:

“Zaman-zaman təkliflər olur. Amma “Qarabağ”da xoşbəxtəm. Bu komanda ilə çox uğura nail olmuşam. Düzü, “Qarabağ”a keçəndə təsəvvür edə bilməzdim ki, böyük turnirlərdə oynayacağıq. Bunda baş məşqçi Qurban Qurbanovun xidmətləri çoxdur. O, öz fəlsəfəsini yarada bilib. Hər il qarşımıza maksimum vəzifə qoyulur. Biz qazandıqlarımızla kifayətlənmirik. Ən əsası daha da böyümək və inkişaf etmək istəyirik”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

“Səbail”in avrokubok oyunu 1 manata

admin

Ramil Şeydayev daha bir qol vurdu

admin

Ruslan Qurbanov “Keşlə”dən ayrıldığını açıqladı

admin