20 Oktyabr 2021
Ölkə futbolu

Təmkin Xəlilzadə Sənan Qurbanova etiraz etdi: “Nə olub, əlimdən gələni edirəm”

Dünən Topaz Premyer Liqasının X turunda “Qəbələ” doğma meydanda “Sabah”ı 2:1 hesabı ilə məğlub edib. Əyalət təmsilçisi oyuna yaxşı başlasa da, ikinci hissədə dağınıq duruma düşüb. İkinci hissənin ortasında baş məşqçi Sənan Qurbanovla Təmkin Xəlilzadə arsında gərginlik baş verib. Belə ki, S.Qurbanov oyunçusuna sıx-sıx iradlar bildirməsi futbolçunun qəzəbinə səbəb olub. T.Xəlilzadə Sənan Qurabovun ona irad bildirməsi üzərinə “Nə olub, əlimdən gələni edirəm” deyərək etiraz edib. Az vaxt sonra isə Sənan Qurbanov onu əvəzləyib. Oyunçu meydandan çıxarkən baş məşqçiyə təpki göstərib və onun əlini sıxmayıb .

Qarşılaşmadan sonra keçirilən mətbuat konfransıda isə Sənan Qurbanov oyunda əvəzləməyə ehtiyac olduğu üçün bu addımı atdığını bildirib.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

“Rəvan” – “Xəzər Lənkəran” oyununda hakim biabırçılığı

admin

Araz Abdullayev rəsmən legioner oldu – FOTO

admin

Mustafa Dənizli kimdir? – VİDEO

admin