Kateqoriyasız

Təmkin Xəlilzadədən “Neftçi” açıqlaması

Adı “Neftçi” ilə hallanan Təmkin Xəlilzadə açıqlama verib.

“Sabah”ın və Azərbaycan millisinin futboolçusu özünün sosial şəbəkə hesabında etdiyi paylaşımda həmin xəbərlərin həqiqətə uyğun olmadığını qeyd edib:

“Bir neçə gündü mətbuatda haqqımda yazılan xəbərləri təəccüblə oxuyuram. Hazırda “Sabah”la müqaviləm var. Bu səbəbdən hər hansı klubla danışmağım, müqavilə imzalamağım və anlaşmağım reallıqdan kənardı. Hazırda sadəcə üzvü olduğum komandanın oyunlarına kğklənmişəm. Təkliflərə gəlincə, mövsüm bitdikdən sonra götür-qoy edib qərar verəcəm və qərarımı sizə ilk olaraq mən xəbər edəcəm!”

2019-cu ilin yayından “Sabah”da çıxış edən Təmkinin müqaviləsi mövsümün sonuna qədərdi. Onun “Neftçi” ilə anlaşdığına dair xəbərlər yayılmışdı.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

“Sabah” honduraslı hücumçunu göndərdi – rəsmi

admin

Samir Abasov “Zirə”də! (Rəsmi)

admin

Bu futbolçular “Səbail”də qaldı

admin