29 Noyabr 2024
Ölkə futbolu

“Təəssüf ki, o səhvi biz buraxdıq” – Kurban Berdiyev

“Birinci hissədə mövqe oyunu oldu. Qol imkanları çox olmadı. Yalnız Otto Conun təkbətək epizodunu istisna etmək olar. Belə matçlarda birinci səhvə qədər oyun gedir. Təəssüf ki, o səhvi biz buraxdıq”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Turan Tovuz”un baş məşqçisi Kurban Berdiyev “Araz Naxçıvan” oyunu (0:1) sonrası deyib. O, daha sonra belə davam edib:

“Komandada rəqabət var. Hücum qrupumuzda ciddi rəqabət hiss olunur. Bu oyundan çox şey asılı idi. Qarşıda matçlar çoxdur. Bunun öhdəsindən gəlməyə çalışacağıq.

“Araz Naxçıvan” Yaxşı təşkilatlanmış komandadır. Müdafiədə yaxşı oynayırlar. Müdafiəyə ciddi fikir verirlər, ona görə də az qol buraxırlar”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43