“Real”ın futbolçusu Kilian Mbappe İsveçdə bir qıza təcavüz etməklə günahlandırılır.
İdmanxeber.az-ın məlumatına görə, İsveç polisi artıq məsələyə ilə bağlı araşdırmaya başlayıb. Ulduz futbolçu da iddialar barədə açıqlama verib:
“Məhkəmə öncəsi saxta xəbərlər. Sanki təsadüf kimi göstərilib, hardan gəldiyi təxmin edilə bilir”.
Xatırladaq ki, bu gün PSJ-nin Mbappeyə daha öncədən ödəməli olduğu 56 milyon avronun verilməsi ilə bağlı məhkəmə keçiriləcək.