25 Noyabr 2024
Ölkə futbolu

Təklifləri olan “Qarabağ”ın hücumçusu qərarını verdi

“Qarabağ”ın hücumçusu Nəriman Axundzadə gələcək karyerası ilə bağlı qərarını verib.

İdmanxeber.az-ın əldə etdiyi məlumata görə, gənc futbolçu Ağdam klubundan ayrılmaq niyyətində deyil. Oyunçuya Azərbaycandan və ölkə xaricindən təkliflər olsa da o, karyerasını “Qarabağ”da davam etdirməkdə qərarlıdır. Millimizin üzvü icarə əsasında da başqa kluba keçməyi düşünmür. 

Axundzadə heyətdə Olavio Juninyo və Musa Qurbanlı kimi hücumların olmasından ehtiyat etmir. O, hər iki futbolçu ilə rəqabət aparıb Qurban Qurbanovdan daha çox forma şansı alacağına inanır. 

Xatırladaq ki, “Qarabağ” bu il gənc hücumçu ilə 4 illik müqavilə bağlayıb. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43