Ölkə futbolu

Tələbəlik arzusu, yoxsa “Qarabağ” sevgisi? – VİDEO

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) tələbəsi Yusif Dünyamalıyev “Qarabağ”ın bazasının qonağı olub.

Abituriyent olarkən valideynləri Yusifə universitetə daxil olacağı halda “Qarabağ” və komandanın baş məşqçisi Qurban Qurbanovla görüşmək sözünü verib.

Ağdam klubunun bazasına təşrif buyuran tələbə komandanın məşqini izləyib, baş məşqçi Qurban Qurbanovla görüşüb və sonda isə futbolçularla xatirə şəkili çəkdirib.

Həmin görüşdən hazırlanan videoreportajı təqdim edirik:


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43