“Qəbələ”nin müdafiəçisi Təmkin Xəlilzadə klubdan ayrılıb.
Təcrübəli futbooçu bu barədə sosial şəbəkədə hesabından etdiyi açıqlama ilə bildirib:
“Hər şey üçün təşəkkürlər “Qəbələ”. Bir il ərzində özümü evimdəki kimi hiss etdirən komanda yoldaşlarıma, məşqçilərimə və azarkeşlərə təşəkkür edirəm. Komandanın yolu uğurlu və açıq olsun”.
Qeyd edək ki, T.Xəlilzadənin “Sabah”a keçəcəyi gözlənilir.