“Sabah” qış fasiləsində növbəti transferini rəsmiləşdirib.
İdmanxeber.az-ın məlumatına görə, “Qəbələ”dən ayrılan Təmkin Xəlilzadə bundan sonra “Sabah”ın uğurları üçün çalışacaq. 25 yaşlı futbolçu ilə 2 illik müqavilə bağlanıb. O, yeni klubunda 17 nömrəli forma geyinəcək.
Karyerası ərzində “Qarabağ”, “Şüvəlan”, “Zirə”də çıxış edən yarımmüdafiəçinin son klubu “Qəbələ” olub.
Təmkin əsas millimizdə 10 oyun keçirib, 1 qola imza atıb.
Xatırladaq ki, T.Xəlilzadə “Sabah” FK-nın qış fasiləsində həyata keçirdiyi ikinci transferdir. Klub bir neçə gün öncə Rəşad Eyubovla müqavilə bağlayıb.