Ölkə futbolu

Tərlan Əhmədov: “Bəzi şeyləri tez həyata keçirmək olmur”

Azərbaycan kubokunun 1/4 final mərhələsinə yekun vurulub

İdmanxeber.az-ın məlumatına görə, “Keşlə” doğma meydanda “Qarabağ”ı qəbul edib. Qarşılaşmanın ardından ev sahibi komandanın baş məşqçisi Tərlan Əhmədov mətbuat konfransı keçirib. O, əvvəlcə görüş barəsində fikirlkərini bildirib:

“Kubok oyunu elə bil oyundur ki, burada səhvlər bağışlanmır. Komandamdan çox razıyam. Mərhələ keməsək də, yaxşı mübarizə apardıq. Çox da deyiləcək biş şey yoxudr. Oyunçularıma da təşəkkür edirəm. Bu oyunun davamını gətirməliyik. Hər şeyə rəğmən narahatedici məsələlər var. Komanda hissənin əvvələrində qol buraxır. Bunu həll etməliyik. Hücumda bəzi məsələlər həll olunsa da, müdafiədə bəzi axsaqlıqlar var.

-Bundan qabaqkı oyunlara niyə belə oyun görmürdük ?

-Heçnə birdən-birə olmur. Görüləcək işlər var. Komandada indi-indi özünəinam yaranır. Daha kompakt oynamağa başlamışıq. Fasilədə daha da artırmalıyıq. Ay yarımdır gəlmişəm. Bəzi şeyləri həmən həyata keçirmək çox çətindir.

-Gedəcək futbolçular kimlərdir ?

-Sabah bu barəfdə daha dəqiq bilinəcək. Ad demək çox da doğru olmaz. 6 nəfər komandadan ayrılacağını deyə bilərəm.

-Qışda planlarınızı həyata keçəri biləcəksiniz ?

-Danışdığımız futbolçular var. Yerli və əcnəbi. Onlar da bizə qoşulandan sonra daha yaxşı bir “Keşlə” olacaq.

-Komanda elitada qalmağa oynamılıdır, yoxsa Avrtoliqaya ?

Qarşıda 14 tur var. Elitada qalmaq bizim düşüncəmiz deyil. Biz daha yaxşı çıxışr qazanmalıyıq. Avroliqaya da düşə bilərik. Biz bunun öhdəsindən gələ bilərik. Ancaq qarşıda çox uzun və çətin bir yol var.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43